Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ almağa çağırıb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini ölkədə hakimiyyəti ələ almağa çağırıb.

Aktualtv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi onlayn konfransda bildirib.

Dövlət başçısı, həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.

Daha əvvəl Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyev hakimiyyəti Ukrayna paytaxtının yaşayış məntəqələrində “Qrad” qurğuları yerləşdirib.

Bir gün əvvəl V.Putin Donbasda xüsusi hərbi əməliyyat keçirəcəyini açıqlayıb. O, əmin edib ki, Moskvanın planlarına Ukraynanın işğalı deyil, yalnız onun demilitarizasiyası daxildir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]