Aİ Rusiya Mərkəzi Bankına QADAĞA QOYDU

Avropa İttifaqı Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib.

Aktualtv.az xəbər verir ki, bu barədə “Bloomberg” Aİ-nin xarici siyasət rəhbəri Cozef Borrellə istinadla məlumat yayıb.

Qeyd edilib ki, Aİ Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı əməliyyatları qadağan edib.

“Biz bəzi Rusiya banklarını SWIFT-dən çıxarmaq və Rusiya Mərkəzi Bankının aktivlərini iflic edən sanksiyalar tətbiq etmək barədə razılığa gəldik.

Bu səbəbdən Rusiya Mərkəzi Bankının G7 ölkələrinin banklarında saxlanılan maliyyə ehtiyatlarının təxminən yarısı dondurulacaq. Bu Rusiyanın maliyyə sisteminə böyük təsir göstərəcək”, – Borrell deyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]