Putinin bu ölkəyə girişi qadağan edildi

Avstraliyanın baş naziri Skott Morrison Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı yazılı açıqlama verib.
Aktualtv.az unikal-a istinadən xəbər verir  ki, Morrison Rusiyanın Ukraynaya qarşı müharibəsində məsuliyyət daşıyan Rusiya prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini bildirib. 
Rusiyanın beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasını kobud şəkildə pozduğunu ifadə edən Morrison:
“Biz Putini Ukraynaya qarşı apardığı dəhşətli və ədalətsiz müharibəyə görə məsuliyyətə cəlb edirik.  Avstraliyanın tətbiq edəcəyi maliyyə sanksiyaları və səyahət qadağaları, Rusiya prezidenti ( Putin), xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsev gecə yarısından etibarən qüvvəyə minib.”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]