Ukrayna vəkilləri Azərbaycandan kömək istədi – Foto

Ukrayna Vəkillər Kollegiyasının vitse-prezidenti Valentyn Gvozdiy azərbaycanlı həmkarlarından kömək istəyib.

Aktualtv.az xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz sosial şəbəkə hesabında məlumat yayıb.

O, Gvozdiyin müraciətinin fotosunu da paylaşıb: “Ukrayna Milli Vəkillər Assosiyasının (Національна асоціація адвокатів України) vitse-prezidenti, cənab Valentyn Gvozdiy mənə şəxsən müraciət edərək bu məlumatı paylaşmağı xahiş etdi. Ukraynada vəkil həmkarlarımız və ailələri çox ağır durumdadılar, təcili yardıma ehtiyacları var.

Aşağıda göstərilən hesaba hər kəs ianə edə bilər. Yardım Ukrayna Milli Vəkillər Assosiyasiyası tərəfindən mərkəzləşdirilmiş qaydada ehtiyacı olan vəkillərə humanitar məqsədlər üçün istifadə olunacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]