Bu bank Rusiya və Belarusu maliyyədən məhrum edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti banka üzv olan ölkələrin nümayəndələrindən həm Rusiya, həm də Belarusa qarşı sərt addımları təsdiqləmələrini xahiş edib.

Aktualtv.az bankın saytına istinadən xəbər verir ki, İdarə Heyəti tərəfindən təklif edilən addımlar ölkə nümayəndələri tərəfindən təsdiqlənərsə, Rusiya və Belarusun AYİB-in maliyyə və ekspertizasına çıxışı qeyri-müəyyən müddətlik dayandırılacaq.
Qeyd edək ki, AYİB indiyədək Rusiyaya 788 layihə çərçivəsində 24,301 mlrd. avro, Belarusa isə 142 layihə çərçivəsində 3,087 mlrd. avro ayırıb. Bankın Rusiyadakı aktiv portfelinin həcmi 61 layihə çərçivəsində 939 mln. avro, Belarusdakı aktiv portfelinin həcmi isə 61 layihə üzrə 880 mln. avro təşkil edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]