Ruslar hərbi hissəni vurdu – 70 ukraynalı öldü

Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində rus hərbçilərinin artilleriya atəşi nəticəsində hərbi hissədə 70 ukraynalı döyüşçü həlak olub.

Bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.

“Dünən düşmən artilleriyası hərbi hissəni əhatə edib. Dağıntılar altından cəsədləri çıxarmaqda davam edirlər. Dövlət Fövqəladə Hallar Xidməti, könüllülər işləyir. Çoxlu ölü var. İndi ölən 70 Ukrayna əsgərinin dəfn edilməsi üçün qəbiristanlıqda yerlər hazırlayırlar”, – Jivitski bildirib.

Bununla yanaşı, Jivitski Rusiya tərəfdən də böyük itkilərin olduğunu vurğulayıb:

“Şəhərdə çoxlu rus cəsədi var idi, biz onları toplayırıq. Qızıl Xaç Cəmiyyətinin əməkdaşları onları evlərinə aparır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]