Lukaşenko Rusiyanın hücum planını ortaya çıxartdı – Ukraynadan sonra bu ölkə…

Belarus prezidenti Aleksandr Lukaşenko Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

“Unikal” xəbər verir  ki, Lukaşenko xəritədə Ukrayna ərazisinin Belarusdan hücuma məruz qalması ilə bağlı iddiaları təkzib edib.Lakin canlı yayımda göstərilən xəritədəki işarələr dünya mətbuatında gündəm yaradıb.  

Belə ki, Lukaşenkonun göstərdiyi xəritədə Rusiya qoşunlarının Ukrayna daxilində irəliləyişi aydın əks olunub. Lakin ən diqqət çəkən məqam isə  ox  işarələrinin Ukraynadan sonra Moldova üzərində çəkildiyi  görüntülənib.  

İddia  edilir ki, Rusiyanın hərbi müdaxilə edəcəyi növbəti ölkə Moldova olacaq. Xəritədə rus separatçılarının hərəkət istiqaməti Odessa şəhərinin üzərindən Moldova üzərində qurulub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]