Rusiyanın hücumu Ukraynada 2 mindən çox insanın həyatına SON QOYDU

Rusiya ordusunun Ukraynaya hücumu nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, 10 xilasedici öz tapşırıqlarını yerinə yetirərkən həlak olub, 13 nəfər yaralanıb. Həmçinin xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.

Məlumat üçün bildirilir ki, Ukraynaya bu çətin anlarda qonşu ölkə Polşa kömək edir. Sıx əməkdaşlıq sayəsində polyaklar Ukrayna xilasedicilərinə yeddi ədəd müasir yanğın-xilasetmə texnikası təhvil veriblər. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]