Zəngilanda ANAMA-nın bazası istifadəyə veriləcək

“Zəngilanda ANAMA-nın bazasının tikilməsi istiqamətində iş gedir. Novruz bayramından sonra bu bazanı istifadəyə verəcəyik”.

Aktualtv.az xəbər vəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirində deyib.

O bildirib ki, Laçın və Cəbrayılda əlavə iki bazanın da qurulması da nəzərdə tutulur:

“Builki Tədbirlər Planına uyğun olaraq 40 min hektar ərazi minalardan təmizlənəcək. Bunun tən yarısı ANAMA-nın öhdəliyidir. Minatəmizləmə heyətinin sayı iki dəfə artırılacaq. Maddi texniki baza gücləndirilib, yeni texnika və avadanlıqlar alınıb” – o deyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]