Gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində tədbirlərin keçirilməsi” adlı layihəsini növbəti tədbiri

“QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində tədbirlərin keçirilməsi” adlı layihəsini növbəti tədbirini 04.03.2022-ci il tarixində, saat 14:00-da Ağdam Dövlət Musiqi Kollecində uğurla həyata keçirmişdir. Tədbirdə 50-dən artıq tələbə və müəllim heyəti, şəhid ailələri və qazilər iştirak etmişdir. Hər bir tədbir iştirakçısına layihə çərçivəsində hazırlanmış buklet və dəftərxana ləvazimatları paylanmışdır. Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin loqosu və QÜRUR şəhid ailələri xeyriyyə ictimai birliyinin loqasından və layihənin adından ibarət baner qoyulmuşdur. Tədbiri layihə rəhbəri Naibə Behbudova giriş sözü ilə açdı. Himnimiz oxunduqdan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra təşkilatın sədri birliyin fəaliyyəti və layihə haqqında məlumat verdi. Tədbirdə şəhid valideynləri çıxış edərək oğlu haqqında danışaraq, onunla fəxr elədiyini söylədi. Daha sonra qazilərimizə söz verildi. Birinci, ikinci Qarabağ veteranı,təşkilatın həmsədri Bəxtiyar Hüsüyev çıxış edərək gənclərə öz tövsiyələrini verdi. Tədbirin sonunda qonaqlar və iştirakçılar çay süfrəsinə dəvət olundu.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]