“Ukraynada vəziyyət narahatlıq yaradır” – Ceyhun Bayramov

“Ukraynada vəziyyət narahatlıq yaradır, görüşdə bu məsələ də müzakirə olundu”.

Aktualtv.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə bu məsələdə çox məsuliyyətli mövqe sərgiləyir:

“Rusiya və Ukrayna prezidentləri ilə aparılan danışıqlar, sülhə çağırışlar buna nümunədir. Azərbaycan məsələlərin danışıqlar yolu ilə həllinə çağırır. İnanırıq ki, danışıqlarda nəticələr əldə oluna bilər. Bu gün Rusiya və Ukrayna arasında humanitar sahədə razılıq əldə olunub”.

C.Bayramov qeyd edib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi ilə məşğuldur: “Səfirliklər və konsulluqlarımız qarşılıqlı çalışırlar. Diplomatik missiyalarımız Azərbaycan və Türkiyə vətəndaşları arasında fərq qoymur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]