Mariya Stadnik ukraynalı güləşçilərin ailələrinə müraciət edib

Həyat yoldaşlarınız və uşaqlarınızın təhlükəsizliyini təmin etmək istəyirsinizsə, biz sizə dəstək olmağa hazırıq

Azərbaycanın Ukrayna əsilli titullu qadın güləşçisi Mariya Stadnik müharibə ilə əlaqədar ölkəsində bu idman növü ilə məşğul olanların ailələrinə müraciət ünvanlayıb.

Dördqat olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

O, Rusiya ordusunun hücumu nəticəsində evləri dağılmış idmançılara yardım etməyə hazır olduğunu bildirib: “Ukraynanın hörmətli güləşçiləri. Həyat yoldaşlarınız və uşaqlarınızın təhlükəsizliyini təmin etmək istəyirsinizsə, biz sizə dəstək olmağa hazırıq. Onların qidalanması və sağlamlıqlarının qorunması üçün Almaniyada təhlükəsiz yaşayış məkanı tapa bilərik. Bunun üçün “[email protected]” ünvanı ilə əlaqə saxlaya bilərsiniz”.

Qeyd edək ki, Mariya Stadnik daha əvvəl Bakıda Ukraynaya dəstək aksiyasına görə Azərbaycana təşəkkür edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]