“Ferrari” Rusiya üçün avtomobil istehsalını dayandırır

İtaliyanın avtomobil istehsalçısı “Ferrari” Ukrayna hadisələri ilə əlaqədar Rusiya bazarı üçün avtomobil istehsalını dayandırmaq qərarına gəlib.

“Biz bütün qaydalara və sanksiyalara uyğun olaraq vəziyyəti izləməyə davam edirik”, – şirkətin çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

Həmçinin  “Ferrari”-nin istehsal edildiyi İtaliyanın Emilia-Romanya bölgəsinin rəhbəri Stefano Bonaççini şirkətin Ukrayna xalqına kömək üçün 1 milyon avro ayırmaq qərarını açıqlayıb. Regional hakimiyyət mart ayında bir sıra humanitar layihələrin, o cümlədən Ukraynadan olan çoxsaylı qaçqınların qəbulu üçün vəsait toplamaq məqsədilə genişmiqyaslı kampaniyaya başlayıb.

Bonaççininin sözlərinə görə, burada vətəndaşlar, istehsal şirkətləri və ictimai təşkilatlar fəal iştirak edirlər.

Mənbə: “RİA Novosti”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]