Rusiyanın məşhur dəb verilişi bağlandı – Sanksiyalar təsir edib

Rusiyanın “Pervıy kanal”ının məşhur verilişlərindən biri – “Modnıy priqovor” yayımını dayandırıb.

Aktualtv.az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, proqramın aparıcısı Aleksandr Vasilyev bunun səbəbini açıqlayıb.

Onun sözlərinə görə, verilişin tam yayımdan qaldırılmasından söhbət getmir, lakin təkcə yayım deyil, həm də yeni buraxılışların çəkilişi dayandırılıb.

“Ən əsas səbəblərdən biri Rusiya ərazisində bizə Qərbdən mal gətirən bütün moda mağazalarının bağlanmasıdır. Veriliş qəhrəmanlarını geyindirmək mümkün deyil – uyğun gələn ölçülər, rənglər və, təbii ki, fasonlar yoxdur”, – Vasilyev izah edib.

O bildirib ki, hələlik “Modnıy priqovor” komandasının ehtiyatda çox buraxılışı var, lakin proqramın gələcək taleyi naməlumdur. Aparıcının ehtimalına görə, əgər şou efirə getməyə başlasa, çox güman, konsepsiyası dəyişdiriləcək.  

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]