Qaz sayğacları ilə bağlı əhaliyə VACİB XƏBƏR

Qaz sayğaclarının oxunması ilə bağlı yenilik tətbiq ediləcək. Bu istiqamətdə işlər tamamlanmaq üzrədir. Yeni proqram vasitəsilə sayğacların oxunmasında yaşanan çətinliklər aradan qaldırılacaq. Bu avtomatlaşdırılmış qaz informasiya sistemi ilə mümkün olacaq. 

Aktualtv.az xəbər verir ki, Azəriqaz istehsalat birliyi yeniliklə bağlı bəzi detalları açıqlayıb. 

Qaz sayğaclarının oxunması asanlaşacaq. Bu məqsədlə süni intellektdən istifadə ediləcək. Azəriqaz istehsalat birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, bununla bağlı işlər yekunlaşmaq üzrədir. Onun sözlərinə görə yeni proqram sınaqdan uğurla keçib.

Qurum rəsmisi qeyd edib ki, yenilik abonentlərin qaz sərfiyyatı ilə bağlı göstəricilərinin oxunmasında yaşanan çətinlikləri aradan qaldıracaq. Eldəniz Vəliyev bildirib ki, sayğacla bağlı bütün məlumatlar sistemdə öz əksini tapacaq.

Eldəniz Vəliyev əlavə edib ki, yeni sistem yaxın vaxtlarda tətbiq ediləcək. (“Xəzər Xəbər”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]