“QÜRUR”şəhid ailələri xeyriyyə ictimai birliyi,Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin keçirilməsi”layihəsinin daha bir tədbiri 10.03.2022-ci il tarixində Bərdə rayonun Nəriman Nərimanov adına 3 №li tam orta məktəbində keçirildi.
Gənclər qeydiyyatdan keçirildikdən sonra, layihə çərçivəsində hazırlanmış, dəftərxana ləvazimatları və vətənpərvərlik mövzusunda hazırlanmış bukletlər paylandı. Tədbiri giriş sözü ilə layihə rəhbəri Naibə Behbudova açdı/ ,himnimiz oxundu,şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildil.Tədbirin keçirilməsində əsas məqsəd,gənclərin vətənpərvərlik ruhunun yüksəlməsini və onların vətənə,dövlətə,torpağa bağlılıq hisslərini aşılamaqdan ibarətdir.
Tədbirdə gənclərlə 1-ci Qarabağ və 2-ci Qarabağ Vətən müharibəsi qəhrəmanlarını,qazilərini və şəhid ailələrinin görüşlərini təşkil etməklə,onların mübarizə yollarının gənclər özlərinə örnək olaraq götürmələrinə nail olmqdan ibarətdir. Sonra söz şəhid ailələrinə və qazilərimizə verildi.
Onlar da öz növbələrində, gənclərə vətənimizi şəhidlərimiz ,qazilərimiz və veteranlarımız kimi sevməyi, müdafiə eləməyi və gənclərimizi düşmənlərimizlə mübarizədə daha da fəal olmağı,ayıq olmağı tövsiyə elədilər.Məktəbin direktoru çıxış edərək,donor təşkilatlarına və layihə rəhbərinə minnətdarlığını bildirərək,vətənpərvərlik mövzusunda keçirilən belə tədbirlər çox məqsədəuyğundur.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda kompozisiyalarla çıxış elədilər ki,bunlardan biri də, Xudayarın məhşur mahnısını oxuması, Tovuz nənəni yenə də kövrəltdi. Tədbirin sonunda iştirakçılar çay süfrəsinə dəvət olundu.















