Pensiyaçılara ödənilən birdəfəlik maddi yardımlar gələcəkdə daimi veriləcək

“Pensiyaçılara verilən birdəfəlik maddi yardımlar gələcəkdə pensiyanın təkibində hesablanacaq”.

Aktualtv.az report-a xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.

O bildirib ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq: “Hərbçilərin pensiya məbləğində vəzifə maaşı müəyyən məbləği təşkil edir. Ötən ilin sonlarında müvafiq sərəncamla hərbi rütbəli şəxslərin vəzifə maaşlarına 20 % məbləğində əlavə edilib. Hesablama göstərirdi ki, bu da onların əmək pensiyalarının artımının 9,2 % məbləğində olması idi. Ancaq yeni sərəncamla olacaq maddi yardım isə 10 % təşkil edir. Hətta bu hər kəsin əmək pensiyasının 10 % məbləğindədir”.

Z.Mirzəyev əlavə edib ki, pensiyaçının vəzifə maaşlarında artım məfhumu yoxdur: “Hərbi qulluqçunun vəzifə maaşında artım ola bilər. Pensiyaçı olan dövlət qulluqçusunun vəzifə maaşı ola bilməz”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]