Azərbaycan Avropaya qaz tədarükünü artıracaq

Cənub Qaz Dəhlizi istehlakçıları fasiləsiz və münasib qiymətə qazla təchiz etməklə uğurlu layihə olduğunu təsdiqləyib.

Bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, TAP istismara veriləndən indiyə qədər Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib: “Bu il qaz ixracımız Türkiyəyə 8,2 milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər artacaq”.

P.Şahbazov onu da əlavə edib ki, dəhlizin unikallığı Cənub Qaz Dəhlizinin yeni istehlak istiqamətləri kimi, tədarük mənbələrinin də şaxələndirilməsini mümkün edir.

“Azərbaycanın nəhəng qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı dəhlizin genişləndirilməsini aktuallaşdırıb. Artıq bu istiqamətdə fəaliyyətə başlamağın zamanıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]