Makron və Bayden sanksiyaları genişləndirməyi qərara aldılar

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Aktualtv.az  xəbər verir ki, bu barədə Yelisey sarayının rəsmi saytında məlumat verilib.

Fransa Prezidenti Kiyevdə öldürülən jurnalist Brent Renoya görə amerikalı həmkarına başsağlığı verib. Tərəflər Rusiyaya qarşı sanksiyaları genişləndirməyə qərar veriblər.

Fransa lideri daha sonra Ukrayna Prezidenti Volodmir Zelenski ilə telefonla danışıb. Dövlət başçısı bildirib ki, Versal sammitində Avropa ölkələri Kiyevə əlavə yardımla bağlı razılığa gəliblər.

Prezidentlər yaxın günlərdə yenidən telefon əlaqəsi yaratmağa qərar veriblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]