Rusiya 300 milyard dollar ehtiyatından istifadə edə bilmir – SƏBƏB

Ukraynaya təcavüz etdiyi üçün bir çox ölkənin sanksiyalar tətbiq etdiyi Rusiya iqtisadi baxımdan çətin günlər yaşayır.

Aktualtv.az  xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya-1” dövlət kanalına müsahibəsində ölkəsinin ABŞ və Avropa İttifaqı tərəfindən dondurulmuş ehtiyatları barədə danışıb. Ölkəsinin 643 milyard dollar civarında ehtiyata malik olduğuna diqqət çəkən Siluanov,  sanksiyalara görə 300 milyard dollarlıq ehtiyatdan istifadə edə bilmədiklərini söyləyib.

“İndi biz ehtiyatın 300 milyard dollarını istifadə edə bilmirik. Ehtiyatın bir hissəsi Çindədir və Qərb indi Çinə təzyiq edir ki, bizim bu ehtiyata çıxışımızı məhdudlaşdırsın”, – deyə o, bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]