“Rusiyanın daha 14 gün döyüşməyə gücü var” – Britaniya kəşfiyyatı

Rusiya ilə Ukrayna arasında gedən müharibənin 20-ci günündə İngiltərə kəşfiyyat mənbələrindən təəccüblü bir iddia irəli sürülüb.

Aktualtv.az xəbər verir ki, iddialara görə, Britaniya təhlükəsizlik mənbələri Rusiya ordusunun tam gücü ilə döyüşməsi üçün 10-14 gün qaldığını bildirib.

Son dövrlərdə Xarkov başda olmaqla bir çox şəhərə hücum edən və mülki insanları hədəf almaqla günahlandırılan Rusiyanın gücünün azalmağa başladığı qeyd olunub. 

Rusiyanın həm Ukrayna daxilində müqaviməti, həm də ABŞ və Aİ başda olmaqla qərb ölkələrinin sanksiyaları ilə üzləşməsi ilə müharibənin uzandığı və Moskvanın planlardan geri qaldığı bildirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]