AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. Toplantıda şura üzvləri ilə yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Teymur Cəfərov da iştirak edib.

İclasda Türkiyənin bir sıra universitetləri, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB), KOBİA və digər aidiyyəti qurumların birgə dəstəyilə AzTU-da yaradılması planlaşdırılan texnoparkla bağlı görüləcək işlər ətrafında müzakirələr aparılıb.

Bundan əlavə, AzTU-nun üzv oluğu CDIO Təşəbbüsü Universitetlər Şəbəkəsi ilə əlaqədar fəaliyyət istiqaməti, müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması üçün ayrılmış inzibati binada görülən və planlaşdırılan işlər barədə də təkliflər səsləndirilib.

İclasda, həmçinin müzakirə olunan məsələlərlə bağlı AzTU-nun qarşısında duran vəzifələr, rəqəmsallaşma, beynəlxalq təcrübə, prioritetlərin müəyyən edilməsi, universitet resurslarından səmərəli istifadə, universitet-sənaye işbirliyi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]