Ərdoğan Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Aktualtv.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, görüşdə Ukrayna-Rusiya müharibəsindəki son hadisələr müzakirə edilib.

Ərdoğan görüşdə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün diplomatiya sahəsində sıx səy göstərdiklərini, ən qısa zamanda atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin fayda vermədiyini bildirib. 

Türkiyə lideri Ukrayna prezidenti Zelenski ilə Rusiya prezidenti Vladimir Putini bir araya gətirmək üçün səylərini davam etdirəcəyini bildirib .

Həm Ukraynada, həm də qonşu ölkələrdə ukraynalılara humanitar yardım çatdırmaqda davam etdiklərini bildirən Ərdoğan humanitar dəhlizlərin effektiv işləməsinin vacibliyini vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]