“Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli film hazırlanır

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin hazırlanması (Azərbaycan dilində) layihəsinin icrasını davam etdirir.
Layihənin məqsədi Xankəndi şəhərindən olan Vətən müharibəsi şəhidləri Nəsirov Xəqani Kamran oğlu, Əhmədov Nicat Həsən oğlu və Cavadov Namiq Rəhbər oğlunun vətənimizin ərazi bütövlüyünün qorunmasında göstərdikləri şücaətlər haqqında məlumatları geniş ictimaiyyətə təqdim etməkdir. Digər amalımız isə gənclərimizə vətənpərvərlik ruhu aşılamaq və Azərbaycan vətənədaşlarının daim öz ərazi bütövlüyünü qoruyacağını beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Layihənin icrası haqqında layihə rəhbəri “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə xanım Vəliyeva bildirmişdir ki, layihə çərçivəsində çəkiləcək “Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin çəkilişi davam edir. Bu günə qədər Filmin çəkilişi ilə əlaqədar olaraq Bakı və Gəncə şəhərində, Bərdə və Goranboy rayonlarında, Aşağı Ağcakənd qəsəbəsində bir çox çəkilişlər aparılmışdır. Çəkilişlər zamanı Xankəndi şəhərindən olan Vətən müharibəsi şəhidləri Nəsirov Xəqani Kamran oğlu, Əhmədov Nicat Həsən oğlu və Cavadov Namiq Rəhbər oğlunun bu ərazilərdə yaşayan döyüş yoldaşlarından və yaxınlarından müsahibələr götürülmüş və şəhidlərimizin həyatı və döyüş yolundan bəhs edən foto və videogörüntülər əldə edilmişdir. Hal-hazırda Filmin çəkilişləri davam edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]