Zelenski Putinə şərtlərini açıqladı: “Bunları edin, barışıq olsun!”

Zelenski Rusiya ilə danışıqlarda prioritetlərini açıqlayıb.

 Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukraynada müharibə ilə bağlı Rusiya ilə danışıqlarda onun prioritetləri münaqişəyə son qoymaq, təhlükəsizliyə təminat vermək, suverenliyin və ərazi bütövlüyünün bərpasıdır.

Rusiya əsgərlərinə müraciət edən Zelenski onlara Ukraynada döyüş meydanında ölməkdənsə, silahlarını yerə qoymağı təklif edib:

“Silahını yerə qoyan hər bir rus əsgərinin sağ qalmaq şansı olacaq. Silahlarınızı yerə qoyun. Bu, döyüş meydanında, bizim torpaqlarımızda ölməkdən yaxşıdır”, – deyə Zelenski bildirib.

Zelenski Rusiyanın mühasirədə olan Mariupolda yerləşən yüzlərlə insanın gizləndiyi teatra qəsdən güclü bomba atdığını və bunun nəticəsində binanın çökdüyünü vurğulayıb:

“Ölənlərin sayı hələ məlum deyil. Rusiya xalqımıza, bizim Mariupolumuzu, Donetsk bölgəmizi bərbad günə qoyub”.

Zelenski həmçinin dünyanın Rusiyanı terrorçu dövlət kimi qəbul etdiyini bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]