Kadırovdan Baydenə – “Bunu eşidəndə ağzım sulandı”

Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya dəstək verən və müharibədə istifadə edilmək üçün silah göndəriləcəyini açıqlayan ABŞ Prezidenti Co Baydenə təşəkkür edib.

Aktualtv.az xəbər verir ki, Kadırov bu silahları ələ keçirib Rusiya adından istifadə etməyi səbirsizliklə gözlədiyini bildirib.

“Vaşinqtondan gözəl, həyəcanverici və ümidverici xəbərlər aldıq. İndiyə qədər Ukraynada ələ keçirdiyimiz silahlardan razı deyildik. Uzun müddətdir ki, döyüşçülərimizi necə ruhlandıracağımızı düşünürdük, lakin heç vaxt düşünmürdük ki, amerikalılar bizə kömək edərdilər”, – Kadırov deyib.

ABŞ-ın silah göndərdiyi xəbərini oxuyanda “ağzının sulandığını” deyən çeçenlərin lideri qeyd edib: “Bütün bunlar doğrudan da bizim olacaq?”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]