Azərbaycanlı iş adamı ad gününü qeyd edir

Aktual Tv xəbər verir ki, Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov 54 yaşını qeyd edib.

9 uşaqlı, kasıb ailənin yetirməsi olan Mübariz Mənsimov 1968-ci il mart ayının 22-də Masallı rayonunun Miyankü kəndində anadan olub. Atası Qurban Mənsimovun istəyi ilə Bakıda Ali Hərbi Məktəbə daxil olan Mübariz üç il ərzində kəşfiyyat sahəsinin incəliklərini öyrənib. 1985-ci ildə Almaniyaya göndərilən M.Mənsimov nə az, nə çox, düz dörd il sonra öz arzusu ilə hərbdən təxris olunub.

Hərbi karyerası bitdikdən sonra müxtəlif çətinliklərlə üzləşir. Başa düşür ki, daxili potensialı onu daha böyük zirvələrə apara bilər. Beləcə, Mübariz həyatının ən riskli qərarını verir. Yoldaşları ilə birgə 150 tonluq balıqçı gəmisini kirayə götürür.

Onun xatirələrindən: “O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmi aldıq. Gəminin çayın xaricində çalışması qeyri-mümkün idi. O gəmini risk altında İstanbula gətirmək qərarına gəldik. Yolda batma ehtimalı 80 faiz idi. Batmadı, duzla təmir etdirib, bu şəkildə gəmi sahibi olduq. Ucuz aldıq gəmini, dəyəri 100 dollar idisə, 10 dollara götürmüşdük. İşləri böyütməyimdə isə əlaqələrimin təsiri olmadığını söyləyə bilmərəm. Hər iş adamı kimi ətrafımdan dəstək gördüm”.

Mübariz Mənsimov xüsusi olaraq türk gəmi sahibiləriylə işləməyə üstünlük verir. Şirkətində daha çox azərbaycanlıların olmasını istəyir.

Xeriyyə əməlləri ilə Mübariz Mənsimov başqa iş adamlarından seçilir və sevilir.

Bu da sadə bir azərbaycanlı iş adamının qısa həyat hekayəsi…

Bu gün bizim Azərbaycanlı 54 yaşını qeyd etdi. Doğum günün mübarək, böyük ürəkli Azərbaycan oğlu!

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]