Ukraynada Rusiya ordusunun 100-dən çox təyyarəsi məhv edilib

Ukraynada əməliyyatlar başlayandan bəri Rusiya ordusunun 105 təyyarəsi məhv edilib.

Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç operativ məlumatlarla bağlı brifinqdə deyib.

“Gün ərzində düşmənin altı təyyarəsi, bir helikopteri, beş pilotsuz uçuş aparatı və beş qanadlı raketi vurulub. Hazırda düşmənin 105 təyyarəsi məhv edilmiş sayılır. Bu, beşdən çox aviasiya alayı və ya ayrıca hava ordusudur”, – deyə Aretoviç vurğulayıb.

Onun sözlərinə görə Rusiya ordusu Ukraynanın dinc şəhərlərinin üzərindən uçmaq, onları bombalamaq qərarına gəlib, lakin bu onlar üçün məğlubiyyətlə başa çatıb.

Mənbə: UNİAN

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]