“QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyinin növbəti tədbiri Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilib

“QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyinin daha bir tədbiri 
11.03.2022-ci il tarixində “Gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində tədbirlərin keçirilməsi” layihəsi Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində icra olundu.
Layihə Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.Tələbələr qeydiyyatdan keçdikdən sonra,hər birinə layihə çərçivəsində hazırlanmış bukletlər və dəftərxana ləvazimatları paylandı.Himnimiz səsləndirildikdən sonra,şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə layihə rəhbəri,Naibə Behudova açaraq,layihənin gənc nəslin vətənpərvərlik ruhunun aşılanmasından,vətənə məhəbbət hisslərinin inkişaf etdirilməsi və şəhidlərimizi və qzilərimizi tanıdaraq,onların döyüş yollarını özlərinə örnək götürmələrinə nail olmaqdan ibarət olduğunu söylədi.
Sonra söz şəhid ailələrindən Qurbanova Radə,Quliyeva Müşkinaz, Cəfərova Nərgiz, Zeynalova Zibeydə,qzilərimizdən 1-ci və 2-ci qarabağ qazisi Bəxtiyar Hüsüyev, Vətən müharibəsi qazisi Yusufzadə Məhəbbət,Vətən Müharibəsi qazisi Əlizadə Rahil,Vətən müharibəsi qazisi Həsənov Orxan çıxış edərək,vətəni qeyri şərtsiz sevmək, torpaqlarımızın müdafiəsinə lazım gələrsə göz qırpmadan belə canını belə fəda etməkdən çəkinməməlidirlərini söylədi.
Sonra kollecin direktoru Xosrov müəllim və kollecin müəllimlərindən çıxış edərək, öz   təşəkkürlərini bildirərək,belə tədbirlərin keçirilməsinin  çox vacib olduğunu bildirdilər.
Tədirin sonunda çay süfrəsi verildi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]