MÜBARİZ MƏNSİMOVDAN XƏBƏR VAR

Rusiyalı oliqarxlar İstanbula niyə axışır?!

“Mən Rusiyadan gələn və Türkiyənin indiki vəziyyətiindən istifadə edərək burada yerləşmək istəyən rus zənginlərinin bu vəziyyətini dəstəkləmirəm” – bunu Türkiyənin Rusiyaya sanksiyalara qoşulmamasından istifadə edib Türkiyəyə axışan, gəmilərini, yaxtalarını və pullarını Türkiyəyə köçürən oliqarx-zənginlərə münasibət bildirirkən İstanbulda yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov xural.com-a bildirib.

Mübariz Mənsimov deyib:

“O zənginlər, o oliqarxlar bizə heç bir zaman yaxşı baxmayıblar. Hər zaman ermənilərin yanında olublar. İndi bu adamların yaranan vəziyyətdən istifadə edib Türkiyəyə axışmasına və burada özlərinin lobbilərini qurmalarına yaxşı baxmıram. Hər zaman öz maraqlarını təmin etməyə çalışacaqlar və bunların nə Türkiyəyə, nə də bizə bir faydası olmayacaq.”

Mübariz Mənsimov ümumiyyətlə, öz dövlətlərində xalqın cibinə girərək, onun milyonlarını oğurlayan istənilən ölkənin iş adamlarına yaxşı baxmadığını deyib.

“Gərək bütün zənginlərin pullarının mənbəyi soruşulsun və xalqın pulunu oğurlayanlar elə də rahat olmasınlar”  dedib Mübariz Mənsimov.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]