Gürcüstanda açıq havada maskadan istifadə tələbi ləğv edildi

Bu gündən etbibarən Gürcüstanda açıq havada qoruyucu maska taxmaq məcburiyyəti ləğv edilib.

Aktualtv.az xəbər verir ki, ictimai nəqliyyat və qapalı məkanlarda maska taxmaq tələbi qüvvədə qalır.

Gürcüstan hökumətinin qərarı ilə bu gündən koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan bir sıra digər məhdudiyyətlər də aradan götürülüb. Belə ki, qida obyektləri, idman, mədəni və digər ictimai tədbirlərdə ziyarətçilərin sayına qoyulmuş məhdudiyyət qüvvədən düşüb. Uzaq məsafədən çalışan şirkət əməkdaşları üçün distant iş rejimi də ləğv edilib.

Bununla yanaşı, Gürcüstana PCR test olmadan dönən ölkə vətəndaşları beşgünlük özünütəcrid rejiminə keçmək öhdəliyindən azad olunublar.

Qeyd edək ki, fevral ayının ortalarından Gürcüstanda epidemioloji vəziyyət sürətli templərlə yaxşılaşmağa başlayıb. Qonşu ölkədə pandemiyanın sona yaxınlaşdığı bildirilir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]