Türk Dövlətləri Təşkilatının II Diaspor Forumu çərçivəsində bir sıra görüşlər keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatının (TDT) Bursada təşkil olunan II Diaspor Forumu çərçivəsində bir sıra görüşlər keçirib.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Qırğızıstan Xarici İşlər Nazirliyinin Məcburi Miqrasiya üzrə Departamentinin direktoru Taştanbek Kayimazarov və Özbəkistan Nazirlər Kabineti nəzdində Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Komitəsinin sədri Rustambek Kurbanov ilə keçirilən görüşlərdə Komitə sədri Azərbaycanın diaspor siyasəti, Vətən müharibəsi dövründə diasporun fəaliyyəti, son illər həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib, Şuşa Bəyannaməsinin tələbləri, eləcə də birgə fəaliyyət planları barədə danışıb.

Görüş iştirakçıları türk dünyasını təmsil edən diaspor qurumları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, koordinasiyalı fəaliyyətin milli və dövlətçilik maraqları baxımından xüsusi rola malik olduğunu diqqətə çatdırıb, diaspor təşkilatları arasındakı birlik və həmrəyliyi yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, bu günə kimi qəbul edilən bir sıra mühüm sənədlər türkdilli diasporların qlobal və regional səviyyələrdə birgə işləməsinin əsasını təşkil edir və bu fəaliyyət strateji xarakter daşıyır.

Görüşdə türk dövlətləri diaspor təşkilatlarının təcrübə mübadilələri, yeni platformalar üzərindən ortaq layihələrin reallaşdırılması imkanları barədə geniş müzakirə aparılıb, əlaqələrin davamlı inkişaf edəcəyinə əminlik ifadə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]