Bu avtomobillərin idxalı gömrük rüsumlarından tam azad edilə bilər – RƏSMİ

Dövlət Gömrük Komitəsi (DGK) ekoloji təmiz avtomobillərin idxalının gömrük yığımları və rüsumlardan tam azad edilməsi üçün müvafiq sənədləri hökumətə təqdim edib.

Aktualtv.az-ın məlumatına görə, bunu DGK-nin nümayəndəsi Tariyel Alverdiyev “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” adlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2022-ci ildən Azərbaycana elektromobillərin idxalı əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, daxili bazarda da elektromobil satışları ƏDV-dən azad edilib.

“Azərbaycanda üç min kub santimetrdən çox mühərrik həcmi olan avtomobillərin idxalının azaldılması məqsədilə onların idxalına gömrük rüsumları artırılıb. İlin əvvəlindən Azərbaycana bu avtomobillər gətirilməyib”, – T.Alverdiyev deyib.

Eyni zamanda o əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 1 300 ədəd çox hibrid avtomobil idxal edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]