“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin keçirilməsi” layihəsinin növbəti tədbiri 09.03.2022-ci il tarixində Bərdə rayonun Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbində keçirilmişdir. Gənclər qeydiyyatdan keçirildikdən sonra onlara layihə çərçivəsində hazırlanmış dəftərxana ləvazimatları və vətənpərvərlik mövzusunda hazırlanmış bukletlər paylandı. Toplantı zamanı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin loqalarından və layihənin adından ibarət məlumat löhvələri iştirakçıların diqqətinə çatdırıldı. Himnimizin səsləndirilməsindən və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildildikdən sonra layihə rəhbəri Naibə Behbudova çıxış edərək bildirdi ki, tədbirlərin keçirilməsində əsas məqsəd, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsinə və onlara vətənə, dövlətə, torpağa bağlılıq hisslərini aşılamaqdan ibarətdir. Sitat:“Keçirilən tədbirlərə gənclər, 1-ci Qarabağ və 2-ci Qarabağ Vətən müharibəsi qəhrəmanları, şəhid ailələri dəvət edilir, görüşlər təşkil edilir ki, bununla da qəhrəmanlarımızın mübarizə yollarının gənclərin özlərinə örnək olaraq götürmələrinə nail olmaq hədəflənir.”
Şəhid Xudayar Yusifzadənin nənəsi Tovuz xanım da çıxış edərək gənclərə vətənimizi Xudayar və onun timsalında bütün şəhidlərimiz, qazilərimiz kimi sevməyi və müdafiə etməyi tövsiyə etdi.
Məktəbin şagirdlərindən biri Xudayarın səsləndirdiyi məhşur mahnını oxuması hər kəsi duyğulandırdı. Digər şəhid ailələri də çıxış edərək ürək sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Məktəbin məzunu şəhid Ərəstun Xıdırovun atası Arif müəllim çıxışında dövlətimizin şəhid ailələrinə diqqətindən danışdı və şəhidimizin adını siniflərdən birinə verildiyini dedi. 2-ci Qarabağ qazimiz mayor Mustafayev Elçin öz keçdiyi döyüş yollarından danışdı. Sonra qazilərimizdən Əlizadə Rahil və Müslümzadə Məhəmməd də öz keçdikləri döyüş yollarından və xatirələrindən söz açdılar. Məktəbin direktoru Elşad Məmmədov və təlim-tərbiyə üzrə direktor müavini Vüsalə Musayeva da çıxış edərək gənclərimiz üçün bu cür vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin çox vacib olduğunu söylədilər. Tədbirin sonunda iştirakçılar çay süfrəsinə dəvət olundu.















