Şöbə müdiri: “Məktəblər yeni forma ilə bağlı rəng seçimi etməlidirlər” – FOTO

“Yeni məktəb formaları Nazirlər Kabinetinin qərarına əsasən növbəti təhsil ilindən qüvvəyə minəcək. Məktəblərdə pedaqoji şura Nazirlər Kabinetinin qərarında qeyd edilən əlavələrə müvafiq olaraq müxtəlif rəng seçimləri üzrə müvafiq seçimlərini təqdim etməlidirlər”

Aktualtv.az  xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Təhsil Nazirliyinin Şöbə müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, məktəb geyim formalarını sifariş vermir:

“Məktəblər qərar verir ki, orada təhsil alan şagirdlər hansı rəng çalarlarında olan məktəbli formasını geyinəcək. Heç bir məktəb forma sifariş vermir. Daha sonra isə valideynlər bazardan həmin geyim formalarını əldə edirlər”.

Qeyd edək ki, hər məktəb təklif edilən 4 rəng çalarlarından birini seçəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]