Azərbaycan Nigeriyadakı “EVE” sərgisində təmsil olunub

Nigeriyanın Laqos şəhərindəki “GAIA” Evində “EVE” adlı sənət sərgisinin açılış mərasimi keçirilib.

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təsisçisi və rəhbəri Billurə Bayramova Bernard bildirib ki, “Aworanka” platforması və “GAIA” Africa qadınlar klubunun birgə əməkdaşlığı nəticəsində təşkil olunan sərgidə İspaniya, Portuqaliya, Azərbaycan, Kamerun və Nigeriyanı təmsil edən 15 qadın rəssam iştirak edir. Sərgi kişi və qadın rəssamların sənət meydanında təmsil olunmasındakı fərqin aradan qaldırılması məqsədilə gerçəkləşdirilib.

Nümayiş etdirilən 77 sənət əsərində qadınlıq, gözəllik, sevgi, mədəni irs, qaradərili qadınların paylaşılan təcrübəsi, analıq, karyera, istirahət, moda, pop-art və qadın obrazı mövzuları əhatə olunub.

Ölkəmizi bu sənət meydanında “Zövq” və “Bütov Ay” əsərləri ilə gənc rəssam Xurşidbanu Əkbərova təmsil edib. Gənc rəssamın sözlərinə görə, qatıldığı ilk beynəlxalq sərgidə ziyarətçilərin azərbaycanlı rəssamın əsərlərinə maraq göstərməsinə görə qürur hissi keçirir.

Qeyd edək ki, 2020-ci ildən Nigeriyada yaşayan soydaşımız X.Əkbərova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İnteryer Dizayn Fakültəsinin məzunudur.

Sərgi 2022-ci ilin may ayına qədər davam edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]