Mübariz Mənsimov gəminin suya buraxılması mərasimindən əvvəl “Palmali” Holdinq də mətbuata açıqlama verib

Aktual TV xəbər verir ki, açılış haqqında azərbaycanlı iş adamı Mübariz Mənsimov danışdı: “Bu mərasim açıq mərasimdir. İstəyən iştirak edə bilər. Biz bunu heç vaxt siyasiləşdirməmişik. Çünki “Palmali” Türkiyədə iri şirkətlər arasında heç bir dövlət tenderinə girməyən, heç bir dövlət tenderindən heç nə götürməyən yeganə şirkətdir.

“Palmali” 33 ildir Türkiyədədir və buradan bir qəpik də qazanmayıb. Həmişə xaricdən qazanıb, Türkiyəyə sərmayə qoyub. Türkiyə tarixində ikinci bir şirkət yoxdur” dedi.

“Mən türkəm, hətta məzarımı da buradan götürmüşəm, heç yerə getməyəcəyəm”

Jurnalistlərin Türkiyədə qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran Mənsimov:

”Mən türkəm. Mən Türkiyə vətəndaşıyam. Uşaqlarım buradadır, mən də. Biz heç yerə qaçmayacağıq, burada yaşayacayıq. Etilerdəki qəbiristanlıqda yerimi aldım. Allah bir gün canımızı alsa, yerimiz də, yurdumuz da bəllidir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]