Rotterdamda “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans təşkil edilib

Niderlandın Rotterdam şəhərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirilib.

Benilüks Azərbaycanlıları Konqresi (BAK) rəhbərinin müavini Sima Cəfərovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə diaspor təşkilatlarının başçıları, fəalları, Niderlandda məskinlaşmış Qərbi Azərbaycan icmasının nümayəndələri və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Azərbaycan və Niderlandın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin, deportasiya və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Konfransa əsas məruzəçi kimi Bakıdan dəvət olunmuş Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlılar İcmasının beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyava çıxış edərək, ötən əsrdə xalqımızın başına gətirilmiş dəhşətli soyqırımı, deportasiya və kütləvi qırğınların səbəb və nəticələrindən danışıb. Bildirib ki, xalqımız və dünya azərbaycanlıları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Ermənistanın işğal etdiyi torpaqlarımızın geri qaytarılmasına nail olub. Məhz Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və müdrik siyasət nəticəsində müstəqil Azərbaycan dünya arenasında güclü dövlət və xalq kimi özünü təsdiqləyib.

Tədbirə video bağlantı ilə qatılan Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlılar İcmasının sədri Əziz Ələkbərli çar Rusiyasının himayədarlığı altında erməni silahlı birləşmələrinin məkrli planlar quraraq, Qərbi Azərbaycanda törətdikləri etnik təmizləmə siyasəti, qırğınlar və torpaqlarımızın işğalı barədə məlumat verib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları, yaşayış məskənlərini barbarcasına darmadağın etdiyini xatırladıb. MM üzvü xalqımıza qarşı ermənilərin törətdikləri bəşəri cinayətlərin unudulmayacağını və unutdurulmayacağını vurğulayıb.

Konfransda çıxış edən BAK sədrinin müavini Sima Cəfərova, Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkın və digərləri xalqımıza qarşı törədiilən soyqırımları hiddətlə qınayıblar. Diaspor təşkilatlarının rəhbərləri Azərbaycan həqiqətlərinin Niderlandda təbliğ olunması istiqamətində apardıqları kampaniyaları nəzərə çatdırıblar.

Konfrans fikir mübadiləsi ilə davam edib.

Konfransın təşkilinə və “Qərbi Azərbaycanlıları Toponimləri” kitabının niderland dilinə tərcümə etdiyinə görə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması adından BAK rəhbərinin müavini, Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya və BAK mətbuat katibi Gülnarə Əliyevaya təşəkkürnamə plaketi təqdim olunub. Eyni zamanda konfransda məruzəçi qismində iştirakına görə BAK adından Həqiqət Hacıyevaya minnətdarlıq ifadə edilib və hədiyyə bəxş edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]