“Mən hər şeyi etmişəm” – Zelenski

“Mən hər şeyi etmişəm, edirəm və edəcəyəm ki, xalqımız ədalət bərpa olunana qədər özünü müdafiə edə bilsin”. 

Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

Zelenski qeyd edib ki, bütün bunlar Ukraynanın ayaqda qalması üçündür:

“Bu gün (30 mart) çox aktiv bir diplomatik günüm oldu. İstəklərimiz bəllidir – Ukraynaya silah, Rusiyaya qarşı yeni sanksiyalar və dövlətimizə maliyyə dəstəyi. ABŞ Prezidenti Baydenlə söhbətim olub. Çox təfərrüatlı, bir saat davam etdi. ABŞ-a yeni 1 milyard dollarlıq humanitar yardım paketi və əlavə 500 milyon dollarlıq birbaşa büdcə dəstəyi üçün təşəkkür etdim. Baydenə Ukraynaya nə lazım olduğunu dedim. ABŞ-ın dəstəyi bizim üçün vacibdir. İndi isə Ukrayna ilə çiyin-çiyinə vermək, demokratik dünyanın bütün gücünü göstərmək xüsusilə vacibdir. Əgər biz birlikdə azadlıq uğrunda mübarizə aparmaq istəyiriksə, o zaman tərəfdaşlarımızdan bunu xahiş edirik. Heç bir mübaliğəsiz Rusiyaya qarşı Vətən Müharibəsi gedir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]