Daha bir neçə qazi Türkiyəyə göndərildi

Müalicə məqsədilə ağır yaralanan üç qazimiz Camal İlqar oğlu Alxasov, Xəyal Mübariz oğlu Səfərli Türkiyəyə göndərilib, Adəm Gülhəsən oğlu Məmmədzadə isə müalicəsi davam etdiyindən təkrarən yola salınıb.

Bu barədə Aktualtv.az-a YAŞAT Fondundan məlumat verilib.

Heydər Zakir oğlu Əliyev və Rüstəm Cianşa oğlu Ömərov isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıb. Qeyd olunub ki, qazilərimizin müalicə prosesi YAŞAT Fondu tərəfindən davam etdirilir.

Qeyd edək ki, YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 167 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 127-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]