Azərbaycanlı müğənninin həyat yoldaşı İNTİHAR ETDİ

Müğənni Tuncay Bərdəlinin həyat yoldaşı Nuray intihar edib.

Bu barədə Aktualtv.az-a müğənni özü məlumat verib.

O bildirib ki, hazırda xanımının vəziyyəti ağırdır:

“Nuray xeyli dərmanlar qəbul edib. Hazırda təcili yardımla xəstəxanaya aparılır. Mən verilişə çıxmağa hazırlaşanda mənə səs atdı ki, özümü öldürəcəyəm. Tez qaçıb gəlmişəm. Bunun günahı mənim evimdən oğurluq edən xadimədədir. O qadın efirdə mən və mənim ailəm haqqında ağzına gələni deyib. Guya mən onunla münasibət də olmuşam. Bilmirəm o qadının bu qədər şey etdikdən sonra azadlıqda gəzməsi necə olur”.

Qeyd edək ki, bir müddət öncə T.Bərdəlinin evində oğurluq olub. İfaçı iddia etmişdi ki, oğurluğu evində çalışan qulluqçu Günel Məmmədova edib.

Qulluqçu isə “Elgizlə izlə” verilişində ittihamları təkzib edərək, Tuncayın həyat yoldaşı barədə xoş olmayan sözlər və iddialar irəli sürmüşdü.

Əlavə məlumat veriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]