“Yurdun İgidləri” sənədli filminin təqdimat mərasimi keçirildi

“İsmayıllı Yazarları” ədəbi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2 fevral – 2 may 2022-ci il tarixlərində, yəni 3 ay ərzində “Yurdun İgidləri” sənədli filminin çəkilməsi” layihəsini həyata keçirirdi. Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın həyatı və döyüş yollarını nümunə göstərərək Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəslimizdə vətənpərvərlik hisslərinin daha artmasına, Azərbaycan ordusunun nüfuzunun cəmiyyətimizdə daha da möhkəmlənməsinə, nəhayət, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsinə nail olmaq idi. Sənədli film hazır olduqdan sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən onun ictimaiyyətə təqdim edilməsi barədə müsbət rəy alınıb.
4 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Yurdun İgidləri” sənədli filminin təqdimat mərasimi baş tutub. Tədbirdə İsmayıllı şəhərində fəaliyyət göstərən məktəblərin şagird və müəllim kollektivləri, həmçinin rayon ziyalılarının, KİV nümayəndələri iştirak ediblər. Sənədli filmə baxışdan sonra onun ətrafında geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçıları gələcəkdə də İsmayıllı şəhidləri ilə bağlı belə filmlər çəkilməsi barədə arzularını ifadə ediblər. Qeyd edək ki, sonuncu mərhələdə layihənin icra olunması ilə bağlı yekun təsviri və maliyyə hesabatları, həmçinin digər zəruri sənədlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]