Bayden çıxışı zamanı yenə səhv etdi

ABŞ prezidenti Co Bayden növbəti dəfə media qarşısında səhvə yol verib.  

Bayden və onun xanımı Cill Bayden ABŞ ordusunun  yeni nüvə sualtı qayığı olan “USS Delaware”nin mərasimində iştirak ediblər. Mərasimdə çıxış edən Amerika lideri a həyat yoldaşının sualtı qayığın inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Cil Baydeni ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə vitse-prezident olduğunu vurğulayan Bayden belə davam edib:

“Mən Cill Baydendən vitse-prezident olarkən Mişel Obama ilə başladığı və hazırda davam edən Qüvvələrin Birləşdirilməsi təşəbbüsü ilə gördüyü işdən çox qürur duyuram”.

Baydenin bəyanatını dərc edən Ağ Ev, “(Mən) vitse-prezident olanda…” yazaraq səhvi düzəldib. 

Bildirək ki,  bu Baydenin ilk səhvi  deyil.  ABŞ-ın ən yaşlı prezidenti olan Bayden keçən ay ABŞ-ın vitse-prezidenti Kamala Harrisi “Birinci xanım” adlandırmışdı. ABŞ prezidenti Harris haqqında danışarkən bir neçə dəfə “vitse-prezident” əvəzinə “prezident” sözünü işlədib.

Baydenin zehni vəziyyəti əvvəllər də mübahisə mövzusu olub. Onun sələfi Donald Tramp, 2020-ci il seçkilərində kampaniyasında “qocalıq” olaraq xarakterizə etdiyi Baydenin psixi sağlamlığının bu vəzifə üçün uyğun olmadığını iddia edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]