Altı müxalifət partiyasına dərs verəcəyik – Ərdoğan

Türkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək prezident və parlament seçkiləri çox əhəmiyyətlidir.

Aktualtv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri 6 müxalifət partiyasının yaratdığı ittifaqa da münasibət bildirib:
“Küçədə bir-birini görüb salam verməyəcək altı nəfər bir masa ətrafında toplaşıb. Bunun bənzəri Macarıstanda da olmuşdu. Onların təlimatları haradan aldıqları məlumdur. Ortada razılaşdırdıqları bir proqram yoxdur, prezidentliyə namizədləri yoxdur. Proqram deyə ortaya çıxardıqları mətn xaricdə hazırlanıb onlara verilib”.

Ərdoğan 2023-cü ilin seçkilərində altı müxalifət partiyasına dərs verəcəklərini vəd edib.

“Bunun üçün çalışmalıyıq”, – Türkiyə dövlət başçısı vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]