Kiyev saziş layihəsini təqdim etdi: Lavrov narazıdır

Ukraynanın Rusiyaya təqdim etdiyi saziş layihəsində İstanbulda iki ölkənin nümayəndələri tərəfindən müəyyən edilmiş müddəalardan kənara çıxma var.

Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Dünən Ukrayna tərəfi danışıqlar qrupuna öz saziş layihəsini təqdim edib ki, bu da martın 29-da İstanbulda keçirilən görüşdə müəyyən edilmiş ən mühüm müddəalardan kənara çıxır”, – Lavrov bildirib.

Lavrov qeyd edib ki, Kiyevin danışıqlarda yeni ilkin şərtlər irəli sürmək planı qəbuledilməzdir:

“Ukrayna ərazisində hərbi təlimlərin keçirilməsi ilə bağlı reqlamenti dəyişib, Rusiyanın razılığının alınmasının vacibliyini qeyd etməyib. Eyni zamanda, İstanbul sənədində açıq şəkildə qeyd olunur ki, xarici kontingentlərin iştirakı ilə istənilən hərbi təlimlər yalnız Rusiya da daxil olmaqla bütün təminatçı dövlətlərin razılığı ilə keçiriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]