Omikron ştammının B2 növünün sürətli yayılma qabiliyyəti var – ÜST

Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi Omikrom ştammı ilə əlaqələndirilir.

Aktualtv.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azəebaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bir çox Avropa ölkələrində koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bu da göstərir, ki pandemiya hələ də bitməyib və bu çərçivədə qabaqlayıcı tədbirlər görməyə davam etməliyik.

“Omikron ştammının B1 və B2 növləri mövcuddur və B2 növünü daha sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin 65 yaş üstü olanların, hamilə qadınların qorunması mütləqdir. Qapalı məkanlarda maskadan istifadə olunması önəmli faktordur. Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%in üzərindədir,lakin hədəfimiz 70%in üzərinə çıxmasıdır. Son günlər ölkədə yoluxma və ölüm halında azalma müşahidə olunur lakin unutmamalıyıq ki, pandemiya hələ də davam edir”, – deyə H. Harmancı bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]