Rusiya Bolqarıstan diplomatlarını ölkədən çıxardı

Rusiya martın əvvəlində Sofiyanın gördüyü oxşar tədbirlərə cavab olaraq Bolqarıstan diplomatik missiyasının 2 üzvünü Moskvadan çıxarıb. 

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında deyilir.

Bildirilir ki, aprelin 8-də Bolqarıstanın müvəqqəti işlər vəkili Nikolay Trifonov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu qərar barədə məlumat verilib. Diplomata Bolqarıstan diplomatik missiyasının iki əməkdaşının persona non qrata elan edilməsi haqqında nota təqdim edilib: “Bu tədbir Bolqarıstan tərəfinin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin iki diplomatını “persona non-qrata” qəbul etdiyi əsassız qərara cavabdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]