Azərbaycanda “Qarabağ” adlı vaksin hazırlanacaq

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

“COVID-19-a qarşı iki RBD əsaslı və bir kokteyl əsaslı peyvənd hazırlayırıq”.
Aktualtv.az xəbər verir ki, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib.
Alim bu peyvəndlərin “Delta” və “Omicron” (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb.
“1 kq Nicotiana benthamiana bitkisindən 25 milliqrama kimi, başqa sözlə, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür. Bu vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandırmağı düşünürük”, – deyə professor Tərlan Məmmədov əlavə edib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.
Alim rəhbərlik etdiyi komanda ilə birgə COVID-19-a qarşı hazırladığı universal terapevtik protein – SARS-CoV-2 reseptoru olan rekombinant ACE2 əsaslı dərman barədə də məlumat verərək, onun virusla mübarizədə, xüsusilə yüksək təzyiqi olan insanların COVID-19-a qarşı müalicəsində effektiv olduğunu diqqətə çatdırıb.
T.Məmmədov qeyd edib ki, bu dərman inyeksiya və ya burun spreyi kimi istifadə edilə bilər. O bildirib ki, bu istiqamətdə əldə olunmuş nəticələr molekulyar biotexnologiya sahəsində “Nature” jurnalından sonra ən tanınmış jurnal olan “Frontiers in plant science”də (impakt faktor – 5.753) dərc olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]