Elçin dərs zamanı niyə vəfat edib? – Məktəbdəki ölümün təfərrüatı

[center][img]http://azadmedia.az/uploads/posts/2022-04/1649469369_sagird.jpg[/img][/center]
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu dərs zamanı dünyasını dəyişib.
Aktualtv.az xəbər verir ki “Qafqazinfo” V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı bəzi məlumatları əldə edib.
Məlumata görə, 2010-cu il təvəllüdlü Elçin, tənəffüs zəngi zamanı ayağa qalxıb və birdən-birə yerə yıxılıb. Müəllimlər müdaxilə etsə də, onun nəbzinin vurmadığını müəyyənləşdiriblər. Azyaşlı dərhal xəstəxanaya aparılsa da, bu, artıq gec olub.
Yaxınlarının verdiyi məlumata görə, Elçinin daha əvvəllər də özündən getmələri olub. O, bu səbəbdən tibbi müayinədən keçib və həkim onun valideynlərinə bunun qan azlığından irəli gəldiyini deyib.
Göytəpə şəhər qəbiristanlığında dəfn olunan Elçinin 4-cü sinifdə oxuyan qardaşı var. Vəfat edən şagirdin atası dəmirçi sexində rəngsaz işləyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]