Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb. 

Aktualtv.az xəbər verir ki, parlamentin plenar iclası aprel 12-si keçiriləcə. İclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1.  “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.  

2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 

3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]